Ərdoğan və Merkel arasında mühüm müzakirə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Administrasiyası məlumat yayıb.
Liderlər Türkiyə- Avropa Birliyi (AB) münasibətlərini, regional və ikitərəfli əlaqələri müzakirə edib.