29.03.2024

Azərbaycanda pensiyaçıların sayı açıqlanıb

İlkin məlumatlara əsasən 2021-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1 milyon 232,2 min nəfər olmaqla ölkə əhalisinin 12,3 faizini təşkil edib.

Həmin dövrə 412,0 min nəfər sosial müavinət, 289,0 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2020-ci il ərzində birdəfəlik müavinət alanların sayı 91,0 min nəfər olub.

Həmçinin 2021-ci ilin əvvəlinə 77,3 min aztəminatlı ailənin 324,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 57,1 manat təşkil edib. (Trend)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: