ABŞ Səudiyyə və BƏƏ-yə silah satışını dayandırdı
Co Bayden administrasiyası Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah satışına müvəqqəti qadağa qoyub.
Axar.az xəbər verir ki, bu barədə “Uol Strit Jurnal” Vaşinqtondakı mənbələrinə istinadla məlumat yayb.
Məlumata görə, Ağ Ev Səudiyyə Ərəbistanı və BƏƏ-yə F-35 təyyarələri və yüksək dəqiqlikli sursatların satılması məsələsinə yenidən baxacaq.
Qeyd edək ki, bu ay ABŞ BƏƏ ilə 50 ədəd F-35 qırıcısı və 18 PUA-nın satışı barədə müqavilə imzalamışdı.