Ermənilər azərbaycanlıların Londonda dinc aksiyasında təxribat törədib, bir soydaşımız xəsarət alıb — VİDEO
Ermənilər Londonda təxribata əl atıblar.
Veteran.az Milli.az-a istinadən bildirir ki, azərbaycanlıların Ermənistanın Londondakı səfirliyi qarşısında keçirdiyi dinc aksiya zamanı ermənilər insident törədiblər.
Dinc aksiyaçılara hücum edən ermənilər bir nəfərə xəsarət yetiriblər.
Polisin müdaxiləsindən sonra tərəflər ayrılıb, aksiya davan edib.
Qeyd edək ki, Londonda yaşayan azərbaycanlılar bu gün Ermənistanın Londondakı səfirliyi qarşısında aksiya keçirərək, Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara etirazlarını bildiriblər.
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: