21.11.2024

Şəhidin son görüş günü

Tarixə yazılan günlərin hamısı yadda qalmır. Elə günlər də var ki, onlar unudulub gedir, elələri də var, onlar heç vaxt unudulmur, yaddan çıxmırlar. Belə günərdən biri də Xansuvar kişinin taleyinə yazılmışdı.

Xansuvar kişi əziyətlə böyütdüyü oğlu Etibarı fəxrlə Vətənin keşiyində durmağa yola salmışdı. Etibar Məmişov qayalarla əhatə olunmuş, sanki qalaya bənzəyn Kəlbəcər rayonunun keşiyində dururdu.

Oğlunun qoynunda böyüyüb, boya-başa çatdığı ana vətənininə xidmət etməsi Xansuvar kişini qürurlandırırdı.

Mart ayının sonlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcr rayonuna hücümlar edilirdi. Erməni hücümları nəticəsində yaşlı əhali , qız – gəlin rayonu tərk etməyə məcbur qalır. Xansuvar kişi də öz doğma kəndini tərk edib Gəncə şəhərinə uz tutmağa məcbur olur. Şəhidin son görüş günü də elə bu tarix olur. Aprelin 1 –də günorta saatlarında o döyüşdə olan oğluyla təsadüfən görüşür. Ata övladına onunla birlikdə getməsini istəsə də, vətənpərvərlik, yurda bağlılıq, qələbəyə inam Etibara beşiyi qurulduğu torpagını tərk etməyə mane olur.

Xansuvar kişinin ailəsi, məcburi köçkün kimi Göygöl rayonunda məskunlaşır. Etibarın anası və atası dünyalarını dəyişənə kimi gözlərini Murov dağından çəkməyib oğul yolu gözləyirdilər.

Xarırladaq ki, Məmişov Etibar Xansuvar oğlu 10 oktyabr 1971- ci ildə Kəlbəcər rayonunda anadan olub.1993-cü il aprelin 1-də itkin düşüb.

Müəllif: Azər BAYRAM

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: