19.04.2024

Los Ancelesdə qaradərililər ermənilərə qarşı kütləvi hücum hazırlayır?

ABŞ-dakı kütləvi etirazlarda iştirak edən qaradərililər Los-Ancelesdəki erməni icmasının nümayəndələrinə hücum etməyə hazırlaşırlar. Bu barədə Los-Ancelesdəki erməni icmasının nümayəndəsi Bedros Hajyan «Facebook» səhifəsindəki video mesajında bildirib.

 O bunun Afroamerika diasporunun nümayəndələri, eləcə də «Antifa» və «Black lives matter»in fəalları tərəfindən erməni icmasına qarşı kütləvi etiraz olduğunu bildirib.  “Onlar artıq kütləvi şəkildə ermənilərə hücum etməyi təklif edirlər» — deyə bildirib. O həmçinin, bu etirazı yatırmaq üçün polis nümayəndələrinin cəlb olunmasını tələb edib və bunun guya onlara qarşı afroamerikalılar tərəfindən bir terrorizm aktı olduğunu vurğulayıb.

«İstədikləri budur ki, ermənilər onlardan üzr istəsin və diz çöksünlər» — deyə videoda milliyyətinin erməni olduğunu xüsusi vurğulayan Hajyan adlı bu adam sosial şəbəkədə belə deyib.  Etirazçılara gəldikdə isə, icma nümayəndəsi, qaradərili bir fəal «qaradərili qardaş və bacılarına» müraciət edərək, ermənilərin «özbaşınalığını» dayandırmağın və «ədaləti bərpa etməyin» vaxtının gəldiyini bildirən bir video təqdim edib. Videoda bir afroamerikalı, ermənilər tərəfindən döyüldüyünü və onların yaşadığı yerlərin ünvanını açıqlayıb. Digər bir afroamerikalı, onun fikrincə, «irqçilərin cəmləşdiyi» Qlendeyldə «etirazlara başlamağa» çağırır.

 Erməni icmasının digər nümayəndələri də buna bənzər hallar barədə bildirərək qaradərili etirazçıların erməni diasporunun nümayəndələrinə hücum etməyə çağırdığı video və postları paylaşıblar. Bunlar sosial şəbəkələrdə çoxsaylı istifadəçilər tərəfindən zorakılığa çağırışlarla dəstəklənir. Ermənilər qeyd edirlər ki, qaradərili fəallar və «Antifa» və Black lives matter» hərəkatları yerli ermənilərin «etirazlara qoşulmaq» əvəzinə əllərində silah öz biznes və müəssisələrini qarət və talançılıqdan qorumaqlarını xoşlamırlar. Qeyd edək ki, hazırda Facebook sosial şəbəkəsi bu paylaşımı silib. (EDNews.net)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: