25.04.2024

Molla rejimi kürd terrorçularının öldürdüyü azərbaycanlı əsgərə anım mərasi keçirən azərbaycanlı gəncləri yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin  qüvvələri kürd terrorçularının öldürdüyü azərbaycanlı əsgərlərə Marağa şəhərində anım mərasimi keçirmək istəyən azərbaycanlı gəncləri həbs edib.

Marağada azərbaycanlı fəallar Sofuçay parkında toplaşaraq terrorçuların öldürdüyü azərbaycanlı əsgərlərin xatirəsinə şam yandırmaq istəyiblər. Lakin irqçi rejimin polis qüvvələri onlara hücum edərək həbs etmişdir.

Yaxalanan azərbaycanlı fəallardan bir neçəsinin adı məlum olub:

  1. Nəsrin Əhmədi
  2. Fatimə (soy adı açıqlanmır)
  3. Elmira (soy adı açıqlanmır)
  4. Salar (soy adı açıqlanmır)
  5. Mehdi (soy adı açıqlanmır)

Rejimin polis qüvvələrinin dinc aksiyada iştirak edənlərin bir neçəsini 12 nömrəli polis bölməsinə aparıb.

Qeyd edək ki, irqçi fars-molla rejimi kürd terror qruplaşmaları ilə anlaşaraq, sırf azərbaycanlı əsgərləri həmin terrorçuların fəal olduğu bölgələrə cəlb edir və terrorçular tərəfindən planlı hücum nəticəsində öldürürlər. Son on illiklərdə on minlərlə azərbaycanlı əsgər bu şəkildə rejimin və terrorçu kürdlərin oyununun qurbanına çevrilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: