22.11.2024

Milli Məclisin iclasında Şuşanın işğal günü yad edilib

“Bugünkü iclas həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir”.

Veteran.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O xatırladıb ki, bu gün Şuşa şəhərinin işğal günüdür: “Biz əminik ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək”. 

İclasda Şuşa şəhərində şəhid olan şəxslərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra əslən Şuşadan olan gənc Əsra Məmmədli çıxış edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: