20.04.2024

Ərdoğan Putinə Suriyada neft yataqlarını birgə işlətməyi təkilf etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini Suriyanın Deyr əz-Zor bölgəsindəki neft yataqlarını ortaq idarə etməyə dəvət edib.


Qaynarinfo xəbər verir ki, Türkiyə lideri neftin köməyi ilə birlikdə Suriya iqtisadiyyatını yüksəltməyin mümkün ola biləciyini bildirib.


Ərdoğan türkiyəli jurnalistlərə verdiyi müsahibədə qeyd etdiyi kimi, terrorçular Deyr əz-Zordakı yataqları istismar edir. O, Türkiyədə qadağan edilən Kürdüstan İşçi Partiyasının, eyni zamanda Suriya kürdlərinin özünümüdafiə qüvvələrinin də olduğunu nəzərə aldığını qeyd edib.
Onun sözlərinə görə, Putin ona müsbət cavab verərək «Ola bilər», — deyib. Eyni zamanda, Ərdoğan ABŞ prezidenti Donald Trampa da eyni təklifi verməyə hazır olduğunu bildirib. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: