21.11.2024

HAARP silahı nə deməkdir?

Haarp silahı ilə 52 nöqtədən radiasiya verilir. Simsiz rabitə vasitələri və baza stansiyaları ilə hüceyrələrimiz və neyronlarımız popcorn kimi partladılır.

Kimyəvi maddələr təyyarələrlə səpilir. Fluorid zəhəri içməli suya və diş pastasına əlavə olunur. Peyvənd, həb, şərbətlə digər canlıların genetik quruluşu və kimyəvi zəhərləri bədənimizə daxil edirlər.

Geni dəyişdirilmiş tarla məhsulları və hazır qida məhsulları ilə bəslənən canlılara çevrilirik.

Bədən, Beyin, Hüceyrə, Neyronlar, İmmunitet sistemi dövriyədən çıxır.

Təbiətə, Doğuşa və Dönəmə görə inkişafın qarşısı alınır. Təbiəti və insanlığı alışdıra-alışdıra, köməksiz buraxaraq yox etmək istəyirlər.

«Ey Türk, Titrə və Elmi gerçəkliyə, ilkin ayarlarına geri dön».

Haarp silahının Boliviyadakı təsirlərini araşdıra bilərsiniz. Boliviya 2016-cı ildən bu texnologiyaya sahibdir və texnoloji soyqırıma hazırdır./Muzaffer Çiçek//Türkiyə/

Rusiyanın ABŞ-ı 15 dəqiqədə yox edə biləcək silahı... - Harada ...

HAARP proqramı ABŞ-ın ən gizli hərbi proqramlarından biridir (HAARP-ingiliscə «High Frequency Active Auroral Research Program» sözlərinin baş hərflərindən ibarət olub azərbaycanca «İonosferin (və ya qütb parıltılarının) Yüksək Tezliklərlə Aktiv Tətqiqi Proqramı» deməkdir). 1993-cü ildə Alyaskada  ABŞ-ın Hərbi Hava və Hərbi Dəniz-donanma qüvvələri, Alyaska Universiteti və Ən Yüksək Səviyyəli Müdafiə Tətqiqat Layihələri Agentliyi (DARPA) tərəfindən əsası qoyulan və 2007-ci ildən bütün gücü ilə işləyən 20 metr uzunluqlu 180 antenadan ibarət bu radiostansiya ionosferə yüksək tezlikli radio dalğalar göndərərək atmosferin tətqiqi ilə məşğul olur. Buna görə də bu layihə rəsmi olaraq elmi-tətqiqat proqramı kimi ictimayyətə təqdim olunur. Bu proqramın gerçəkləşməsində 3 Amerika şirkəti — ARCO, Raytheon və E-Sistemləri- önəmli rol oynamış və hələ də oynamaqdadırlar. HAARP texnologiyası sayəsində atmosferdə ionosferin qızışdırılması yolu ilə çox aşağı tezlikli dalğalar (ELF) yaradılır ki bu da hava axınlarının yerdəyişməsinə səbəb olduğu üçün HAARP-ın həm də iqlim silahı kimi istifadə edilməsi iddiaları ortaya çıxır. Bundan başqa HAARP həm də hərbi məqsədlərçün istifadə edilir və hərbi-hava, hərbi-dəniz qüvvələrinə hərbi dəstək göstərməyə xidmət edir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi rəsmi dairələrə əsasən HAARP əslində elmi-tətqiqat layihəsidir və bu proqramın heç bir iqlim silahı ilə əlaqəsi yoxdur, məqsədsə atmosferi və onda gedən prosesləri tətqiq etməkdir. Əlbətdə, rəsmi dairələrin verdikləri məlumatlara əminliklə inanmaq olmaz. ABŞ hərbi qüvvələrinin verdiyi məlumata görə HAARP gələcəkdə aşağıdakı hərbi məqsədləri gerçəkləşdirə biləcək:


-Atmosferdəki termonüvə vasitələrinin elektromaqnetik vuruşlarını dəyişdirmək;
-Sualtı gəmilərlə əlaqə yaratmağı asanlaşdırmaq;
-Radar sistemlərini son dərəcədə inkişaf etdirmək;
-Çox böyük bir bölgədə, ABŞ ordusu xaricində bütün məlumat ötürən kanalların fəaliyyətini dayandırmaq;
-Emass və Cray kompyuterləri ilə ortaq tətqiqatlar aparmaq, torpağın altını çox dərin qatlarına qədər incələmək;
-Geniş ərazilərdə neft, təbii qaz və mineralları axtarıb tapmaq;
-Cruise raketləri kimi hər hansı hücum silahını və  təyyarəni elə havadaca neytrallaşdırmaq (məhv etmək).
İndisə bu proqrama qarşı olan ABŞ elm adamlarının fikirləri ilə də tanış olaq. Bir sıra elm adamları bunun çox təhlükəli bir proqram olduğunu bildirirlər. Çünki onlara görə HAARP gələcəkdə elə bir gücə sahib ola bilər ki, bununla o dünyanın tam sahibi ola bilər. Proqrama qarşı çıxanlardan biri, ölkənin ən nüfuzlu geofiziklərindən olan prof. J.F. MacDonalda görə bu elektromaqnetik texnologiya aşağıdakılara səbəb ola bilər:
-İqlimi dəyişdirmək;
-Qütbləri əridə bilir və ya yerindən oynada bilir;
-Ozon təbəqəsinə güclü təsir göstərə bilir;
-Zəlzələ yarada bilir;
-Okean dalğalarını idarə edə bilir;
-Dünyanın enerji mənbələri ilə «oynayaraq» insan beynini nəzarət altına ala bilir;
-Radiyasiya yaymayan termonüvə partlayışı həyata keçirə bilir.
Düzdür bütün bunlar bizə fantastik görsənə bilər və siz deyə bilərsiniz ki bu qədər işləri görməyə qabil məxfi silah haqda məlumatlar necə olub ki cəmiyyətə sızıb? Mənsə deyə bilərəm ki kəşfiyyatda belə bir qayda var: «Bir şeyi gizlətmək istəyirsənsə onu ən açıq və hamının gördüyü yerə qoy!»

Rusiyanın ABŞ-ı 15 dəqiqədə yox edə biləcək silahı... - Harada ...


Burda da eyni prinsip işləyir. Deyə bilərsiniz ki bütün bunlar nəyə lazım, bütün bunlar kimlərin mənafeyinə xidmət edir. Deyə bilərəm ki bütün bunlar supergüclərə, dünyanı idarə edənlərin iyrənc məqsədlərinə xidmət edir və bu gizli qüvvələr dünyanı və onun əhalisini tam olaraq idarə etməkçün ən qabaqcıl elmi nailiyyətlərdən istifadə edərək hətta təbiətin, təbiəti yaradan Tanrının belə işlərinə qarışmaqdan çəkinmirlər. Bütün bunlar əslində «Yeni dünya düzəninə» hazırlıqdır. İnsanları bir mərkəzdən idarə etmək və onlara kölə ideologiyasını təlqin etmıkçün mütləq texnoloji tərəqqiyə və texniki vasitələrə ehtiyac var. Keçmiş ABŞ prezidenti Ata Buş «Yeni dünya düzəni» kəlməsini çətin ki ancaq siyasi anlamda işlətmişdir, heç şübhə yoxdur ki bu kəlmə həm də gələcəkdə vahid mərkəzdən idarə olunacaq təbiəti və cəmiyyəti də nəzərdə tuturdu. XX-XXI əsrin əsas düşünən beyinlərindən hesab olunan və ABŞ hökümətində bir sıra yüksək vəzifələri tutmuş Zbiqnev Bzejinski öz «Texnotron era» adlı əsərində də texnika və texnologiyanın köməkliyi ilə total olaraq idarə olunan cəmiyyətdən və vahid dünya hökümətindən danışırdı. O deyirdi: «Növbəti illərdə texnologiyaya bağlı idarə olunan bir cəmiyyət qurulacaq və  elit təbəqə bu imkandan istifadə edəcəkdir».


C. Kolemann da öz «Komitet: 300» adlı əsərində dünyanı idarə edən gizli hökümətdən və onların gələcək planlarından danışırdı. Bu gələcək planlara dünya əhalisini total idarə etməkçün istifadə olunacaq texnologiyalar və nəzarəti kütləvi səviyyədən fərdi səviyyəyə endirməkçün hər bir insana quraşdırılacaq elektro-radio çiplər də daxil idi. Görünür HAARP texnologiyası da bu məqsədlərçün hazırlanmış və indi də təkmilləşdirilən bir proqramdır. Əsl həqiqəti isə şübhəsiz ki biz tam olaraq bilə bilmərik.

HAARP ilə Maltus nəzəriyyəsini cəm etdikdə koronovirus bu planın bir vintciyi olduğunu görə bilərik…

Veteran.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: