28.03.2024

Qondarma respublikada qondarma seçkilər

Martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma Dağlıq Qarabağ Respublikasında prezident və parlament seçkiləri keçirəlir.

Adı gedən respublikada prezident seçkilərinə 14 nəfər namizədliyini irəli sürüb.  Erməni xəbər agentliklərinin verdiyi məlumata görə prezident seçkilərinə namizədliyini irəli sürmüş şəxslərdən yalnız üç nəfər arasında rəqabət güclüdür. 

Həmin şəxslər: qondarma respublikanın xarici işlər naziri Mayis Malilyan, qondarma respublikanın sabiq baş naziri Arayik Harutinyan və müharibə veteranı Vitali Balasanyandır. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: