Millət vəkili «Evdə qal, cəmiyyəti qoru» adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası başlayır

Martın 27-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Real TV ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə «evdə qal, cəmiyyəti qoru» adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayır.
Bu barədə sosial şəbəkədə Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev məlumat verib.
Əminəm ki, QHT-lər bu mühüm kampaniyada yaxından iştirak etməklə vətəndaşların Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyələrinə və müəyyən etdiyi xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması işinə töhvə verəcək, yaşı 65-dən yuxarı olan soydaşlarımızın üzləşdiyi çətinliklərin çevik həllinə yardım edəcəklər. Monitorinqin nəticələri QHT-lər tərəfindən həm ictimaiyyətə, həm də operativ qərargaha təqdim olunacaq. Əlavə məlumat üçün Şuranın icraçı direktoru Fərasət Qurbanov və mətbuat xidmətinin rəhbəri Elməddin Behbudla əlaqə saxlaya bilərsini