15.10.2024

Bizdə və qonşularımızda koronovirus pandemiyası

Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Azərbaycan, İran və Ermənistanda koronavirus infeksiyasına yoluxma faktı 7000 nəfərdən çox insanda qeydə alınıb.

Türkiyədə koronavirus qurbanlarının sayı artıq 92 nəfərə çatıb. Bunu səhiyyə naziri Fahrettin Koca açıqlayıb. Gün ərzində 17 ölüm hadisəsi qeydə alınıb. Ölkədə 5 698 yoluxmuş insan var.

Son məlumatlara görə, Rusiyada 1036 koronavirus infeksiyası qeydə alınıb. Rusiyada 1 gündə 196 yeni yoluxma hadisəsi qeydə alındı. 38 nəfər sağalıb, 3 nəfər ölüb. Təxminən 139 min rusiyalı tibb işçilərinin nəzarəti altındadır.

Gürcüstanda martın 27-də koronavirusa yoluxmuş daha 2 nəfər aşkarlandı. Stopcov.ge hökumət portalının yazdığına görə, təsdiqlənmiş hadisələrin sayı 81-ə çatdı. Artıq 13 nəfər müalicə olunub, iki yoluxmuş Avstriya vətəndaşı Gürcüstan ərazisini tərk edib. Beləliklə, hazırda aktiv virus daşıyıcılarının sayı 66 nəfərdir. Ölkədə heç bir ölüm qeydə alınmamışdır. Bir neçə xəstənin vəziyyəti ağırdır.

Ukraynada koronavirus xəstələrinin sayı 196-ya qədər artıb. Bu anda 5 nəfərin ölümü təsdiqlənib, dörd nəfər sağalıb.

Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 122 nəfər olub, COVİD-19 qurbanlarının sayı üç nəfərə çatıb. Müalicə olunanların sayı 15-ə yüksəlib.


İran 32.332 yoluxma ilə 7-ci sıradadır. Son sutkada 144 nəfər ölüb. İranda ümumilikdə bu virusdan 2.378 nəfər dünyasını dəyişib.

Ermənistanda son gündə koronavirus yoluxanların sayı 39 nəfər artıb. Bu barədə Milli Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən bildirilib. Beləliklə, bu gün Ermənistanda COVID-19 yoluxması hallarının sayı 329 nəfərdir. Hesabata görə, COVID-19 diaqnozu ilə 18 xəstə sağalıb, bir gün əvvəl 72 yaşlı xəstə ölüb.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: