ABŞ-dan gözlənilməz: İrana yardıma hazırıq!
Koronavirusla bağlı İrana humanitar yardımlar sanksiyalara məruz qalmır.
Veteran.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
O, ölkəsinin İrana yardım etməyə hazır olduğunu bildirib:
“Bütün dünya bilməlidir ki, İrana humanitar yardım kanalı geniş şəkildə açıqdır. Sanksiya altında deyil, İrana göndərilən dərman preparatlarına görə sanksiya tətbiq edilmir. Humanitar yardım üçün sanksiya yoxdur”.