09.05.2025

Almaniya koronavirusla bağlı 614 milyard dollar ayırdı

Almaniya dünyada yayılan koronavirus epidemiyası ilə bağlı İkinci Dünya müharibəsindən sonra ən böyük iqtisadi yardım paketini ayırmağa qərar verib.

EDNewsxəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Almaniyanın İqtisadiyyat və energetika naziri Peter Altmayer dövlətin ilk addımda 614 milyard dollarlıq bir kredit paketi ayırdığını deyib:

“Biz siyasi iradə və pul çatışmazlığı səbəbi ilə uğursuz olmayacağıq. Bu, heç bir sağlam şirkətin və işçinin problem yaşamayacağı anlamına gəlir. Almaniya hökuməti bu işdə qərarlıdır”, — nazir bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: