Ermənistanda koronavirusa yoluxanların sayı artır

Ermənistanda ilk koronavirusun aşkarlandığı gündən bu günədək çox az vaxt keçsə də, virusa yoluxanların sayı sürətlə artır.
Veteran.az xəbər verir ki, bu barədə açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində yazıb.
“Hal-hazırda 30 nəfərdə koronavirus diaqnozu var. Bunlardan 18-i Eçmiadzin ərazisində, digərləri isə fərqli bölgələrdə qeydə alınıb. Xəstələrin həyatı üçün heç bir təhlükə yoxdur”-deyə o bildirib.
Q. Baqratyan Ümumdünya Səhiyyə Təşkilatının saytına istinadla MDB ölkələrində 100 min nəfərə düşən koronavirus xəstələrinin sayı ilə bağlı cədvəli təqdim edib.
Ermənistan — 1
Moldova — 0.45
Belarus — 0,27
Azərbaycan — 0,15
Rusiya — 0.04
Qazaxıstan — 0.03
Ukrayna — 0.008
Qırğızıstan — 0
Tacikistan — 0
Özbəkistan — 0
Türkmənistan — 0
Xatırladaq ki, Paşinyan və xanımı koronavirusa yoluxma şübhəsi altında, qaçıb Göyçə gölü ətrafındakı iqamətgahında karantində gizlənirlər.