Zelenski Ukraynada rusdilli məktəblərin ləğvi barədə qanun imzaladı

Veteran.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın prezidenti Vladimir Zelenski 2020-ci ilin sentyabr ayından etibarən ölkədə rusdilii məktəblərin ləğvini özündə ehtiva edən «Tam ümumi orta təhsil haqqında» qanunu imzalamışdır.
Ali Radanın yanvarın 16-da «Orta təhsil haqqında» qəbul etdikləri qanuna görə, bundan sonra rusdilli ailələrin məktəbdə oxuyan övladları V sinifdən etibarən tədris planında yer alan fənlərin 80%-ni Ukrayna dilində öyrənməlidirlər.
Həmin qanuna görə, Krım tatarları təhsillərini Ukrayna dilini də öyrənməklə ana dilində alacaqlar.
Nurlan Məmmədli
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: