28.04.2025

Fransada türk-erməni rəqabəti

Fransa paytaxtının XV inzibati dairəsində qarşıdan gələn bələdiyyə seçkilərində bələdiyyə başçısı vəzifəsinə əsas namizədlər erməni və türk millətindəndi.

Fedai.az Türk-erməni nəşri «Agos»-a istinadən verdiyi məlumata görə, Sosialist Partiyasının namizədi Anuş Toranyan ilə favorit sayılan Avropa Parlamentinin üzvü Agnes Evren arasında böyük bir mübarizə getdi.

Nəşr qeyd edir ki, Toranyan Parisin hazırkı meri Ann Hidalqonun mənsub olduğu siyasi qüvvəsini təmsil edir və Evren isə əvvəllər 250 min insanın yaşadığı XV mahalın merinin müavini vəzifəsini tutub.

Xatırladaq ki, Paris, hər birinə rayonun bələdiyyə başçısı rəhbərlik etdiyi 20 inzibati rayona bölünmüşdür. 2008-ci ildən bəri Fransa paytaxtının XV-cü rayonunun meri vəzifəsini Filipp Qujon tutur.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: