19.04.2024

MƏMMƏD ƏMİN RƏSULZADƏ DƏ DİFAİNİN ÜZVÜ OLUB

Qurucu Liderimiz M.Ə. Rəsulzadənin Anım günüdür!

Təşkilat bütün təqiblərə baxmayaraq gizliliyini qoruya bilirdi

Difainin əsas fəaliyyəti Azərbaycanın qərb bölgəsində olsa da mərkəzi komitəsi Bakıda yerləşirdi.

Polis məruzələrində MK üzvləri arasında aşağıdakıların adları çəkilir:

1) Əhməd bəy Ağayev — «İrşad» qəzetinin redaktoru;
2) Qarabəy Qarabəyov — həkim, «Hümmət»
təşkilatına mənsub idi və eyni zamanda «Difai»nin üzvü idi;
3) Məmmədhəsən Hacınski;
4) İsa bəy Aşurbəyov — Ağayevin ən yaxın məsləkdaşı, onun sağ əli; Agentura məlumatlarına görə «İrşad» qəzeti əsasən Aşurbəyovun vəsaiti hesabına saxlanırdı;
5) Behbud Cavanşirski;
6) Niftalı bəy Behbudov.

Gördüyümuz kimi, «Difai»nin Mərkəzi Komitəsinə başqa partiyaların üzvləri də daxil idi. О dövrdə bu hal çox səciyyəvi idi. Bir sıra partiya xadimləri bir təşkilatdan (digərinə keçir, ya da eyni vaxtda bir neçə partiyanın üzvü olurdular.)

Sonradan eyni mənzərəni «Müdafiə» partiyasında da müşahidə etmək olardı.

Gəncə, Zəyəm, Qazax, Borçalı və başqa mahallarda «Difai»nin keçmiş üzvlərinin bəziləri «Müdafiə» partiyasının üzvləri olmuşlar.

M. Ə. Rəsulzadə də «Difai» partiyasının üzvləri sırasında olmuşdur. «Difai» partiyası daim təqiblərə məruz qalır, hakimiyyət orqanları onu müşahidə altında saxlayırdı. Buna görə o, leqal xeyriyyə cəmiyyətlərinin himayəsi altında Mərkəzi Müsəlman Xeyriyyə Cəmiyyəti adı ilə fəaliyyət göstərməyə məcbur idi.

Lakin təqiblərə baxmayaraq Difai millətin düşmənlərini bir-bir aradan götürürdü./Difai təşkilatı/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: