Türk ordusu Rusiya təyyarəsini vurdu

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu Hələbdə Rusiyaya məxsus kəşfiyyat təyyarəsini vurub.
Veteran.az Axar.az-a istinadən xəbər verir ki, insidentin Moskvada Putin-Ərdoğan görüşünün keçirildiyi bir zamanda baş verdiyi deyilib.
Təyyarə müşahidə məntəqələrini aşkara çıxaran edən zaman vurulub.
Suriyanın İdlib şəhərində rejim qüvvələrinin açdığı atəş nəticəsində 2 türk əsgəri şəhid olub, 3-ü isə yaralanıb.
.jpg)
Həmçinin, Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə hərbçiləri Əsəd rejiminin hədəflərinə ağır zərbələr endirir.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında İdlib böhranı ilə bağlı görüş keçirilib və atəşkəslə bağlı razılığa gəliblər. Atəşkəs bu gecə saat 00:01-də qüvvəyə minməlidir.
Xatırladaq ki, bu gün İdlibdə bir əsgərin şəhid olması ilə bağlı Qazientep valiliyi açıqlama yaymışdı.