Ərdoğan: «Suriyalı qaçqınlar üçün Avropaya qapıları açdıq, indi qoy onların da ağılları başlarına gəlsin»

Türkiyə Prezidenti Ərdoğan İdlibdəki son durumla bağlı vəziyyəti belə dəyərləndirib: “Yumruq kimi bir olacağımız müddətdə Allahın izni ilə Türkiyənin kürəyini yerə vura biləcək heç bir güc yoxdur. Türkiyənin Suriyadakı mübarizəsi vətən torpaqlarımızı və müstəqilliyimizi qorumağa xidmət edir”.
Suriyalı qaçqınlara Avropa qapılarını açmaq məsələsinə gəldikdə Ərdoğan deyib ki, yenidən əlavə 1,5 milyon qaçqını ölkəmizə yönəltməyə çalışırlar və bununla da əlavə yük yaratmaq istəyirlər. “Biz əvvəllər də demişdik ki, Qərb bu yükün altına girməzsə, qapıları açarıq demişdik. Amma məsələnin ciddiliyinə fikir vermədilər.
İndi isə qapıları açınca telefon zəngləri susmur. Qapıları bağlayın deyirlər. Artıq bura qədər, artıq gecdir. Bu iş bitdi. Siz də bu yükdən payınızı alacaqsınız” — Ərdoğan bəyan edib.