18.10.2024

Türk xüsusi təyinatlıları Suriyada əməliyyata başlayır

Türkiyə İdlibdəki müşahidə məntəqələrinə xüsusi təyinatlıları göndərir.

Eurasia Diary xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

“Xüsusi təyinatlılar, hərbi texnika və döyüş sursatları olan 150 yük maşını Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı rayonuna çatıb”, — məlumatda qeyd olunub.

Qeyd edək ki, Suriya rejim qüvvələrinin İdlibdə həyata keçirdiyi hücumlar nəticəsində türk müşahidə məntəqələri mühasirəyə düşüb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: