Ermənistanın hərbi doktrinası dəyişikliklərə məruz qalacaq
Veteran.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Past” nəşri yazıb.
Nəşrin məlumatına görə, ən yüksək dövlət səviyyəsində, eləcə də ekspert dairələri tərəfindən Ermənistanın hərbi doktrinası ilə bağlı məsələlər haqqında bir neçə dəfə danışılıb və qeyd edilib ki, oradakı mövcud hədəflər öz aktuallığını itirib, ümumi mənada isə doktrina hazırkı problemlərə böyük hesabda uyğun gəlmir.
“Yeri gəlmişkən, Ermənistanın hərbi doktrinası 2007-ci ildə qəbul olunub. Bu ilin sonuna qədər doktrinanın yeni variantının Ermənistan Təhlükəsizlik Şurasında ilkin müzakirəyə qoyulacağı istisna olunmur”, — deyə nəşr qeyd edib.(ordu.az)