22.11.2024

SEPAH Ukrayna təyyarəsinin vurulma məsuliyyətini üzərinə götürüb

Tehranda Ukrayna təyyarəsinin qəzaya uğramasında məsuliyyəti İran İslam İnqilabı Keşikçiləri Kopusunun elit hərbi bölməsi öz üzərinə götürüb. SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə etiraf edib ki, aviaqəza barədə öyrənəndə ölmək istəyib.

Bu barədə TASS məlumat yayıb. “Ukrayna təyyarəsinin qəzaya uğraması barədə eşidəndə faciənin şahidi olmamaq üçün ölmək istədim”, — deyə general etiraf edib. “Biz bütün məsuliyyəti qəbul edirik və hökumətin verdiyi tapşırıqları yerinə yetirməyə hazırıq”, — deyə general yekunlaşdırıb. Xatırladaq ki, yanvarın 8-də Tehran aeroportundan havaya qalxan Ukraynanın sərnişin təyyarəsi uçuşdan az müddət sonra qəzaya uğrayıb. Həmin vaxt göyərtədə 167 sərnişin və 9 heyət üzvü olub.

Yanvarın 10-da İran tərəfi təyyarənin təsadüfən vurulduğunu etiraf edib. Qəzaya səbəb kimi “insan faktoru” göstərilib. İran Prezidenti Həsən Ruhani istintaqın davam edəcəyini, təqsirkarların isə cəzalandırılacağını bildirib.

Daha öncə İranın paytaxtı Tehranda qəzaya uğradığı deyilən və 176 nəfərin ölümünə səbəb olan təyyarənin raketlə vurulma görüntüləri yayılmışdı. 

Bununla bağlı “New York Times” nəşri video paylaşıb. 

Görüntülərdə raketin təyyarəyə tərəf atılması, daha sonra hava gəmisinin partlaması əks olunub. 

Qeyd edək ki, ABŞ da başda olmaqla, Kanada, Ukrayna və İngiltərə təyyarənin səhvən raketlə vurulduğunu iddia etmişdi. 

İran prezidenti Həsən Ruhani Vladimir Zelenski ilə telefon danışığı zamanı ondan üzr istəyib.

Bu barədə məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

İran prezidenti Həsən Ruhani İran tərəfi adından Ukrayna xalqına, Tehran yaxınlığında baş verən faciə nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib və təyyarənin tərəflərindən vurulmasına görə üzr istəyib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: