ABŞ-ın iranlı generalı öldürmək planı baş tutmayıb — İKİNCİ ƏMƏLİYYAT
ABŞ-ın daha bir iranlı generalın öldürülməsi ilə bağlı planı baş tutmayıb.
Modern.az «RİA Novosti»yə istinadən xəbər verir ki, bu barədə “Washington Post” yazıb.
Məlumata görə, Qasım Süleymaninin raketlə vurulduğu gün – yanvarın 3-də ABŞ Yəməndəki daha bir yüksək rütbəli İran komandirini öldürməyi planlaşdırıbmış.
Belə ki ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aparıcı komandirlərindən olan Əbdül Rza Şəhlainin öldürülməsi məqsədilə xüsusi bir əməliyyat keçirib. Lakin əməliyyatın uğursuz alınması nəticəsində planın baş tutmadığı bildirilir.
İddiaya görə, hətta ABŞ rəsmiləri hər iki əməliyyatın uğurunu eyni anda elan etmək niyyətində olub.