22.11.2024

Süleymaninin cənazəsi İrana gətirildi — Vida mərasimi başladı

General Qasım Süleymaninin cənazəsi İrana gətirilib.


“Rossiyskaya Qazeta” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti informasiya yayıb.


Məlumata görə, general və onunla birlikdə həlak olan zabitlərin cənazələri vida mərasiminin başlayacağı Əhvaz şəhərinə gətirilib.


Daha sonra vida mərasimi Məşhəd və Tehranda davam etdiriləcək. Süleymani yanvarın 7-də doğma Kirman şəhərində dəfn ediləcək.(oxu.az)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: