İranda 3 günlük matəm: Süleymaninin öldürüldü

Donald Tramp general Qasım Süleymaninin öldürülməsindən sonra ilk dəfə bu barədə fikirlərini bəyan edib.
Bu barədə xəbəri “CNNTürk” yayıb.
Xəbərdə bildirilir ki, ABŞ Prezidenti “İran heç vaxt müharibədə qalib gəlmədi, eyni zamanda, müzakirələrdə də məğlub olmadı”, — deyib.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.
İran generalı Qasım Süleymaninin öldürülməsi İraqda əhalinin müəyyən kəsimi tərəfindən şadyanalıqla qarşılanıb. Az əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo öz Tvitter hesabında məlumat yaymışdı ki, İraq xalqı Süleymaninin öldürülməsini bayram edir.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı general-mayor Q.Sülremani İranın İraqda himayə etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndislə görüşü zamanı ABŞ qüvvələrinin hava zərbəsi nəticəsində öldürülüb.B
Əvvəlcə güman edilirdi ki, ABŞ-ın hədəfi əl-Mühəndis olub və İran generalı təsadüfən həlak olub. Amma ABŞ Müdafiə Nazirliyinin son açıqlaması əslində əsas hədəfin elə Süleymani olduğunu təsdiqləyib.

Donald Tramp
Pentaqonun açıqlamasında isə bildirilir ki, Süleymani və əl-Mühəndisi hədəfə alan hava hücumunun əmrini şəxsən Donald Tramp özü verib. Hücumun məqsədi ABŞ qüvvələrinə qarşı təhlükənin önlənməsi olub. Güman edilir ki, görüş zamanı koalisiya qüvvələrinə qarşı yeni hücumların planları müzakirə edilirmiş. Süleymani İranın İraqdakı ən qüdrətli adamı hesab edilirdi.
Süleymani və əl-Mühəndis ABŞ və koalisiya ölkələrinin İraqdakı bazalarına qarşı hücumların təşkilatçıları kimi tanınırlar. Hücumlar zamanı koalisiya qüvvələri ilə yanaşı İraq hərbi qüvvələrinin üzvləri də həyatlarını itiriblər.
Sosial şəbəkələrdə isə İraqda insanların İran generalının qətlini bayram etməsi görüntüləri yayılıb.
***
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Əl-Qüds xüsusi təyinatlı komandiri, general Qasım Süleymaninin qanuni əsas olmadan öldürülməsini yeni reallıq adlandırıb.
REN TV-nin xəbərinə görə, o qeyd edib ki, ABŞ zərbəsi nəticəsində BMT üzvü olan ölkənin məmurunun heç bir qanuni əsas olmadan məhv edilməsinin mümkünlüyü yeni bir reallıqdır.
“Qeyd etməliyəm ki, bu gün, şübhəsiz ki, biz yeni bir reallığın təzahürü ilə qarşılaşırıq.
Suveren bir dövlətin nümayəndəsi olan məmur heç bir qanuni əsaslarla əlaqələndirmədən məhv edilir”, — deyə o bildirib.
Xatırladaq ki, general Süleymani Azərbaycan əsillidir.