08.09.2024

Zelenski əsirləri hava limanında qarşıladı

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Donetsk və Luqansk separatçıları arasında dəyişdirilən əsirləri aeroportda qarşılayıb.

Teleqraf.com xəbər verir ki, ölkə başçısı «Borispol» hava limanında təyyarədən düşən hər kəslə qucaqlaşıb.

Zelenski əsirlərin mübadiləsini asanlaşdırdığına görə «Norman Dördlüyü» liderlərinə təşəkkür edib. O, 81 ukraynalının mübadiləsinə nail olduqlarını deyib. Prezident onlardan 76-nın Kiyevə qayıtdığını, 6 nəfərin isə ilələri Donbasda olduğu üçün orada qaldığını söyləyib.

Qeyd edək ki, dekabrın 29-da Qorlovka şəhərində Ukrayna ilə Donetsk və Luqansk separatçıları arasında son iki il ərzindəki ilk əsir dəyişdirilməsi prosesi baş tutub./Teleqraf.com/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: