Rusiya daha güclü raket yaradır
Rusiyanın “Xəncər” və “Tsirkon” hipersəsli komplekslərinin raketlərinin maksimal sürətinin 10 Maxdan (1 Max = 1226,5 km/saat (340 metr/saniyə)) yuxarı artırılacağı planlaşdırılır.
Bu barədə Rusiyanın Müdafiə nazirinin müavini Aleksey Krivoruçko “Krasnaya Zvezda” qəzetinə danışıb.
O qeyd edib ki, kritik texnologiyaların inkişafı uçuş sürətinin artmasını vacib edir və bunun təmin edilməsi məqsədilə işlər davam etdirilir.
Qeyd edək ki, bundan öncə Rusiya prezidenti “Tsirkon”un maksimal sürətinin saatda təxminən 11 min kilometr təşkil edəcəyini deyib. “Xəncər” isə onun 2018-ci ilin mart ayında təqdim etdiyi aviasiya raket kompleksidir.|Oxu.az|