04.12.2024

Putin açıqladı: Bütün türk dillərinin təməli…

Altay dili bütün türk dillərinin təməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin illik ənənəvi mətbuat konfransında çıxışı zamanı deyib.

O, jurnalistin Qorno-Altaysk şəhərində altay dilində tədris aparan məktəb binasının acınacaqlı olması ilə bağlı müraciətinə müsbət cavab verib:

“Əgər məktəb, üstəlik, yerli dildə tədris verən bir məktəb acınacaqlı vəziyyətdədirsə, əlbəttə, bu qəbul edilməzdir. Söz verirəm, məktəbi yenidən inşa edəcəyik”./Axar.az/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: