21.11.2024

Rusiya İrəvana yeni silahlar verdi

Ermənistan ordusu müasir Tor-M2KM zenit raket kompleksləri əldə edib.

Veteran.az xəbər verir ki, bu məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan öz Feysbuk səhifəsində paylaşıb. O, bu kompleksin 2019-cu ildə istehsal edildiyini bildirib.

Paşinyan İrəvanın bu kompleksdən nə qədər aldığını açıqlamayıb.

Qeyd edək ki, Tor-M2KM Rusiyanın “Almaz-Antey” şirkətinin istehsalıdır. Bu kompleks 12 kilometrə qədər hədəfləri məhv etmək gücündədir./Axar.az/
_

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: