«Məxməri» fahişəliyin vətəni Ermənistan — II yazı
(Əvvəli bu linkdə)
Bura, prinsipcə, hər kəsin xoşuna gəlir, hər kəsə «otaqları kirayə» veririk. Yalnız bir istisnamız var, «Parsik»lər, yəni Farslar (iranlılar). Ermənilər iranlıları belə alçaldıcı adla çağırırlar.
— «Bunları yazmağa ehtiyac yoxdur, tamammı?» Qoy «Qara mazutlular» (Черномазые) öz Parskastanlarına (İran) getməsinlər, oh, könülləırinə erməni qızları düşüb. İylənmiş, cındırlar … deyə — Hasmik söhbətimizi yekunlaşdırır.
Qonşular Farslardan daha qorxuncdur
İran-Ermənistan münasibətləri Ermənistan üçün olduqca mürəkkəb məsələdir. Burada milli məsələ həyatın müxtəlif sahələrində yarana bilər və fahişəlik sənətində də bu, istisna deyil.
Ermənistan İranın bir hissəsi olması tarixinə baxmayaraq, bu gün iki ölkə kimi rəsmi olaraq dost, bir-birlərini beynəlxalq platformalarda dəstəkləyən, birgə layihələr hazırlayan və s. ölkələrdir. İranda ermənilər tanınmış milli və dini azlıqlardan biridir, parlamentə yer tutublar və bu ölkənin hakimiyyət orqanları erməni kilsəsinin tarixi mirasın obyekti kimi tanınması üçün UNESCO-ya müraciət edirlər.
Buna baxmayaraq, erməni cəmiyyətində hind-iranlılara qarşı münasibət (bunun digər adı Arilərdir) elə də bir mənalı deyil. Məişət səviyyəsində irqçi təzahürlər tez-tez «gəlmə qaraların» gəliş səbəbi qadın ilə əlaqələndirilir və qızışdırılır: Parsianlar (farslar) Ermənistana qızlarlakef etməyə gəlirlər, yəni onların dizlərini qırmaq lazımdır. Nadir hallarda olsa da, bəzən münasibətlər dava-dalaşa gedib çıxır.
Milliyyətçi Hasmiq İranlıları real bir təhlükə kimi görür, amma Alina belə deyil. Onun sözlərinə görə, İranlılar bu sahədə xüsusi kontingentdirlər, bizimkilər onlarla əlaqədə olmağı çox da istəmirlər.
Mən özüm də onlarla bir az çalışdım və bu çoxdan oub. Amma qızlardan çox şey eşitdim. Onlar simicdirlər, qəpiklərini sayırlar. Tez-tez onlarla bağlı xoşagəlməzliklər olur. Əsasən də, bəzi müsəlman bayramlarında aradan çıxmaq üçün yığışıb bura gəlirlər. Amma onların bir çoxları isə turistlərdir, gəlib gedərlər. Əgər xoşları gəlsə, gələn il artıq bir müştərin var, bu sənin üçün müsbətdir. Bu mənada erməni kişiləri ilə işimiz daha çətindir — onların dili çox uzundur (təəssüf ki, mənəvi mənada deyil — deyə Alina gülür). Məni öz erməni müştərim satdı, bunu heç iranlı müştəri etməzdi. Bu mənada, əlbəttə ki, gizli qalmağımıza diqqət yetirsək onlarla daha asan olur. Amma bunlar da çox deyil — Ermənistana qız dalınca gələn hər bir İranlı üçün, bir bokal pivə də böyük bir sevincdir.
Hər halda erməni qızların əcnəbilərlə sıx cinsi əlaqələri mövzusu hər il Ermənistanda «sarı mətbuatın» fəal iştirakı olmadan da müzakirə olunur. Məsələn, İrəvanda iranlı kişi+erməni qızı cütlüyünə icazə verilən bəzi gecə barları haqqında məlumatlar var, lakin ermənilərdən ibarət cütlüyə isə buraya girməyə icazə verilmir. Bütün bunlar daim cəmiyyətdə duyğulu reaksiyalara səbəb oldu. Beləliklə, pul üçün «erməni qadınlarını «qaramazlıların» (iranlıların) altına yıxılması»na administrator Hasmikin reaksiyası olduqca başa düşüləndir.
Yeri gəlmişkən, Alinanın danışdığına dair gizli məlumatlarınıza diqqət yetirmək, erməni fahişəliyin bir xüsusiyyətidir. Potensial müştərinizə özünüzü təklif edə bilərsiniz, amma dostları, köhnə sinif yoldaşları, köhnə həmkarları ilə qarşılaşması nəzərə alınmalıdır. Burada ən pis variant qonşularıdır. Həyət mühiti qızın məşğuliyyəti haqqında öyrənərsə, bu, daimi pəncərələrdən və arxadan replikalar, qapılara vurulan nişanələr, girişlərdə təhqirlər dolu yazılar, qeybət, dedi-qodular və sonsuz istehzalar səni təqib edər.
Əsasən bu səbəbdən, erməni fahişələr kütləvi şəkildə küçələrdən İnternetə köçürlər — kiçik bir ölkədə fahişəliyi gizli saxlamaq çətindir. Bu arada profilinizə tanışlıq üçün təşrif buyuran tanışın təklifi dərhal kəsilir və açılmır.
Polis, ölkədəki fahişələrin sayı barədə «Ленты.ру» -nun verdiyi sualdan yayınan Ermənistan polisinin «qanunla müəyyən edilmiş 30 gün» gözləməsi tələb olundu. Bununla bağlı, bizim həmməruzəçimizə görə, nə bu gün, nə də 30 gün sonra şöbənin nümayəndələri onlara malik olmadıqları obyektiv məlumatları təqdim edə bilməyəcəklər.
— Yaxşı misal üçün, bizim 500 fahişə qeydə aldığımız məluimatı aldınız. Bu heç bir şey demək deyil, əslində onlar 10 dəfə çoxdur. Qadını fahişə siyahısına qoymaq üçün onun fahişəliyi sübut edilməlidir və bu çətin işdir. Bir qayda olaraq, bu işə şəhadət verəcək bir şahid lazımdır. Sonra inzibati proseslərə başlamaq, sübutlar toplamaq, materiallar hazırlamaq, işi məhkəməyə ötürmək və məhkəmənin təqsirləndirdiyi iş üzrə cəzalandırılması lazımdır. Bütün bunlara, bir saat içində qazandığı 50 dollar cərimə pulu ödəməsi üçün dəyərmi!
Əksinə, mən sizə deyərəm ki, biz onları tamamilə toxumuruq, — deyə polis davam edir. «Küçələrdə duranların ən aşağı hissəsi, artıq tükənmiş insanlardır. Onlar bir baş ağrısıdır. Şöbəyə aparsınız, qışqırmağa başlayırlar, küfr edirlər, bəzi əxlaqsızlıq edərlər … Onlar iy verib iylənərlər», -deyə polis qaşlarını çatdı. «Rəisin əmriylə basqın elan edilir. O, hesabat verməli və ya başqa bir şey etməlidir.
Göründüyü kimi, erməni polisində fahişəliyə qarşı mübarizə ilə məşğul olan heç bir şöbə yoxdur. Əvvəllər belə bir şöbə mütəşəkkil cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin tərkibində idi, lakin narkotik maddə ticarəti və insan alveri ilə mübarizə aparmaq üçün şöbələr saxlandı o şöbə isə ləğv edildi. Amma bu gün fahişəliklə bağlı reydləri, digər şöbələrlər həyata keçirir. Polis kapitanı bunu Ermənistanda fahişəliyin mütəşəkkil cinayətkarlıq kimi qiymətləndirməməsi kimi izah edir.
— Gəlin araşdıraq: fahişəliyə cəlb etmədən, seks köləliyinə zorlamaqdan və s. söhbət gedərsə — bu cinayət əməlidir və heç kim bu cür şeylərə gözlərini bağlamaz. Tutarıq, bağlayarıq, bunun üçün hər şey sadədir. Amma Ermənistanda buna bənzər çox az sayda cinayət var. Nə qədər axmaqlıq olsa da deməliyəm ki, Ermənistanda seks sənayesi «inkişaf etmir», burada seks özünün mağara dövrünü yaşayır. Çox hallarda, fahişələr fərdi qaydada işləyir və özləri özlərini satırlar. Və bu inzibatçılıqdı.
Belə bir peşə varmı?
Sözsüz ki, Ermənistanda fahişəliyə sözdə qadağa qoyulub və qınanır, əslində bu, faktiki olaraq qanuniləşdirilir və buna fantastik şərait var: sabit və bəzən də yüksək gəlirlə işləyən seks sənayesində işləyən insanlar vergi ödəmirlər. Əlbəttə ki, 50 dollarlıq birdəfəlik haqqı nəzərə almasaq. Amma siyasətçilər bu mövzudan uzun illərdir ki, yan qaçırlar.
Fahişəlik məsələsini, təkcə Ermənistanda deyil, hər yerdə qadağan olunmuş tədbirlərlə həll etmək çətindir. Əsasən də çox gizli bir cinayət olduğu səbəbiylə. Hüquqşünas kimi, Ermənistan Hüquqşünaslar Palatasının üzvü Zorayr Harutyunyan cinsi xidmətlər zamanı prosesin iştirakçılarından heç biri bu barədə kimsənin bilməməsinə maraq göstərir. Bu akt zamanı zərər çəkmiş şəxs cəmiyyət hesab edildiyindən, pozuntunun özü də ictimai əxlaqa qarşı cinayətlərə aid edilir. Vəkil əmindir ki, problemin radikal həlli üçün yalnız bir yol var: cinsəl-seks sənayesinin qanuniləşdirilməsi.
Zorayr Harutyunyan:
— Sizə açıqlamalıyam ki, heç vaxt, heç bir halda, Ermənistanda fahişəlik ilə məşğul olmayacaqlar demək düz olmaz. Qanuna və ya kriminologiya ilə tanış olan hər şəxs bu barədə sizə deyər. Mənim fikrimcə, bu şərtlərdə düzgün qərar müvafiq fəaliyyət növünün qanuniləşdirilməsidir. Bu da, həm fahişəlik edən şəxslər üçün, həm də müştəriləri üçün müəyyən bir zəmanət verəcək, bu sahəni dövlət səviyyəsində və bəzi aydın qaydalara uyğun olaraq tənzimləməyə imkan verəcəkdir. Başqa sözlə desək, fahişəliyin qeyri-qanuni olduğu haqqında bu gün cavabsız qalan bir çox suallara cavab verəcəkdir. Və nəticədə bu addım cəmiyyətə öz ictimai xeyirini artıracaqdır.
Harutyunyan, leqalaşdırmanı universal bir həll olmadığını qəbul etsə də bunun da müəyyən çatışmazlıqları var. Məsələn, fahişəliyin leqal olduğu ölkələrdə seks turistlərinin axını artır. Problemin universal bir həlli yoxdur, amma bizim həmsöhbətimiz əmindir ki, bu halda minimal ziyanlı bir nüans var, bu da böyüklərin pulla cinsi əlaqədə olmasına icazə verilməsidir.
Ancaq Ermənistanda fahişəlik mövzusunda qızğın müzakirələr getmir, səssiz bir ictimai konsensus var: gündüz açıqlamaq, axşam istifadə etmək. Lakin bu o demək deyil ki, ödənişi sevgi məsələsi vacib deyil və bu barədə düşünən belə yoxdur. Əhalinin gəlirlərinin artması ilə bu xidmət sektorunda qiymətlər artacaqdır və bu gün, hələlik heç kəsin bu sənayeyə marağı yoxdur. Amma gələcəkdə fahişəlik, mütəşəkkil cinayətə yol aça bilər, sonra maliyyə cəhətdən zəngin «müştərilər» olan vahid paqonlu korrupsiya məmurları mütləq bu sahəyə diqqət yetirəcəklər.
Qanunvericilik baxımından, Ermənistanın şərtlərinə uyğun fahişəliklə əlaqəli problemlərin əksəriyyəti ən azından həll etməyə imkan verəcəkdir. Ancaq bu, siyasi iradə tələb edir və inqilabi hadisələr baş vermiş kiçik bir ölkədə, hələlik heç kim bu barədə danışmır. Bəli, danışmaq hələ mümkün deyil.
— Alina, Ermənistanda fahişəliyin leqallaşdırılmasını istəyirsinizmi? Belə ki, hər şey qanunla, pensiya, sığorta, dövlət dəstəyinə uyğun olardı?
— Pis bir şey deyə bilmərəm.
— Niyə?
— Sən jurnalistsən, hər kəs bunu bilir. Mən fahişə olacağam? Bunu, hər kəs bilirmi? Yox sağ ol. Mən nə üçün vergi ödəməliyəm, mənim xalis gəlirim var, dürüstlüklə qazanıram. Mən öz pulumu dövlətin oğru məmurlarının cibinə qoymaq istəmirəm. Əgər qanuniləşdirilsə, fəaliyyətimi dayandırmaq məcburiyyətində qalacağıq.
Mənbə: Элен Бабаян (Ереван), специально для «Ленты.ру»