Xəstə əsgərlərdən ibarət erməni ordusu
Milliyyətcə yezdi kürdü olan əsgər Yurik Broyan ağır xəstə olduğu halda hərbi xidmətə aparılıb. Az müddətdən sonra o, iflic olur. Onun bu halı ilə heç kim maraqlanmır. Ermənistanın tanınmış hüquq müdafiəçisi Janna Aleksanyan bu haqda Müdafiə Nazirliyinin mətbuat katibi A. Hovanisyana bu barədə sorğu göndərir.
Lakin aldığı cavab belə olur: «Əsgər Yurik Broyan sadəcə hiyləgərlik edir. O, sağlamdır.»
Hüquq müdafiəçisi özü həkimlərlə birlikdə bu məsələ ilə maraqlandıqda məlum oldu ki, əsgər Hərbi hissə komandiri tərəfindən daim zorakılığa məruz qalıb. Hazırda danışa bilmir, başı əsir, ciddi təzyiqi var, inkişafdan geri qalır və s. Ən dəhşətlisi də odur ki, özünü də hərbi qospitala deyil, mülkü xəstəxanaya yerləşdiriblər.
Əsgərin ağır xəstəliyi təsdiqləndikdən sonra cinayət işi qaldırılması üçün şikayət olunub. MN-nin mətbuat xidmətinin rəhbəri isə əsgərə böhtan atmaqda ittiham edilir.
Müdafiə Nazirliyinin mətbuat katibinin yalan bəyanatı sadəcə erməni ordusunda əsgərə laqeyd münasibətin təzahürüdür».
***
Ermənistan Respublikası Silahlı Qüvvələrinin Hərbi Tibbi idarəsinin rəisi polkovnik Qayane Hovanisyan bu günkü MƏTBUAT konfransında belə bir faktı açıqlamışdır:
«Son illərin müşahidələri göstərir ki, hərbi xidmətə çağırışçıların 60%- in sağlamlığında müxtəlif problemlər olur. Bunlar ən çox ürək-damar xəstəlikləri, bel-onurğa, göz zəifliyi, allergiya, sinir xəstəlikləri və sair olur.» O, əlavə edərək bildirmişdir ki, bu xəstələrin əksəriyyəti müalicə olunmadan hərbi xidmətə göndərilir.
Müəllif: İsmayıl TANRIVERDİ