01.07.2025

AVMVİB Sabunçu rayon şöbəsində — Video

AVMVİB Sabunçu rayonu Maştağa bölməsində qəsəbə veteranlarının Bakı «Dirçəliş» İctimai Birliyinin sədri Abbasağa Məmmədovla görüşü keçirilib.


Görüşdə AVMVİB sədrinin müavini Abbas Hüseynli və AVMVİB Sabunçu rayon şöbəsinin sədr müavini Balağa Ələkbərov iştirak edirdilər.


Görüşdə qəsəbə veteranlarının və o cümlədən Sabunçu batalyonu tərkibində cəbhədə vuruşan soydaşlarımızın problemləri müzakirə olunub.
Bakı «Dirçəliş» İB-nin sədri A. Məmmədov və qeyri çıxış edənlər müharibə veteranlarının mövcud problemlərinin həllinin vacibliyində danışmışlar.


Xatırladaq ki, AVMVİB Sabunçu rayon şöbəsi Maştağa bölməsi veteranları öz şəhid döyüş yoldaşlarının foto stendini hazırlamış və bu istiqamətdə Abbas Hüseynli və Balağa Ələkbərovun təşəbbüsüylə görüşlər keçiriblər və veteran statusu ala bilməyən keçmiş döyüşçülərə hüquqi yardımlar göstəriblər. Görüşlərdə rayon İcra Hakimiyyətinin veteranlara qarşı neqativ münasibəti qeyd olunub.

E.Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: