Tramp yenə sərsəmlədi: “Türkiyəni iqtisadi cəhətdən məhv edərik”
ABŞ prezidenti Donald Tramp Türkiyəyə yönəlik həyasız ifadə işlədib. Tramp, «Türkiyə kürdləri vurarsa, onları iqtisadi olaraq məhv edərik» — deyib.
Tramp bu fikri ABŞ-ın Suriyadan çəkilməsinə münasibət bildirərkən söyləyib.
Twitter hesabından paylaşma edən Tramp, Suriyadan uzun müddətdir gözlənilən çəkilməni başlatdıqlarını və İŞİD-ın qalan tör-töküntülərini də sərt, müxtəlif istiqamətlərdən vurmağa davam edəcəklərini qeyd edib.
“Türkiyəni iqtisadi cəhətdən məhv edərik”
İŞİD yenidən dirçəlirsə, yaxınlıqdakı bazalardan hücum edəcəyik. Yürkiyə kürdləri vurarsa, Türkiyəni iqtisadi olaraq məhv edəcəyik. 20 mil-lik təhlükəsiz zona quracağıq. Eyni şəkildə kürdlərin də Türkiyəni təxribata çəkməsini istəmirik. Rusiya, İran və Suriya, ABŞ-ın təbii düşməni olan İŞİD-ı məhv edilməsindən yararlanacaqlar. Biz də bundan yararlanacağıq, ancaq əsgərlərimizin evə qaytarmaq zamanıdır. Sonsuz müharibələr bitəcək» deyib.
Türkiyə prezidentinin sözçüsü Kalın, ABŞ prezidenti Trampın həyasız Türkiyə şaçıqlamasına cavab verib. Kalın, «Türkiyə kürdlərlə deyil, terrorçularla döyüşür. Kürdləri və Suriyalıları bütün terror təhdidlərinə qarşı qoruyacağıq. Kürdləri PKK və onun Suriya qolu PYD / YPG ilə bərabər tutmaq ölümcül bir səhvdir. ABŞ-dan strateji tərəfdaşlıq öhdəliklərini yerinə yetirməsini gözləyirik» — deyib.