Məscidə gələnlərin 400 min lirəsini mənimsəyən imam, rus sevgilisi ilə xaricə qaçdı
Türkiyənin Zonquldaq vilayətində məscid imamı olan Tuncay Günəş Ereğli, Alaplı və Zonquldaq Mərkəz qəsəbələrində qohumları və qəsəbə sakinlərindən dələduzluq yolu ilə 400 miin lirə pul alıb.
Haqqında 2 il bəbs cəzası olan arvadbaz imam pulu da götürərək rus sevgilisi ilə ölkəni tərk edib. Əldə olunan məlumata görə Günəş, sevgilisi ilə qaçmaq üçün əvvəlcə həyat yoldaşından boşanıb. Mənimsədiyi pullarla isə ölkə xaricində rus sevgilisi ilə lüks həyat yaşamaqdadır.
Haqqındakı iddialarla bağlı Tuncay Günəş açıqlama verib. Açıqlamada o,evləndiyini, heç kimi aldatmadığını, ölkəyə dönəcəyini və məhkəmənin ədalətli qərar çıxardaraq onu əvvəlki iş yerinə bərpa edəcəyinə inanır./365.az/