21.11.2024

«Alı zirvəsi» filminin təqdimatı keçirildi

AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynovun verdiyi məlumata görə, AVMVİB Rəhbərliyi sədr Füzuli Rzaquliyevin başçılığı ilə «Alı zirvəsi» filminin təqdimatında iştirak ediblər.

Xatırladaq ki, 20 noyabr 1991-ci ildə vertolyot qəzasında həlak olan görkəmli siyasətçilərimiz, jurnalistlər terror qurbanı olmuşlar.

«Nizami» kinoteatrında Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr olunmuş «Alı zirvəsi» filminin təqdimatı keçirildi.

Təqdimatda millət vəkilləri, şairlər, jurnlistlər, kinoşünaslar, AVMVİB üzvləri olan müharibə veteranları, şəhid ailələri, ictimayət nümayindələri və Alı Mustafayevin ailə üzvləri iştirak edirdilər.

Allah şəhidlərə rəhmət eləsin!

Veteran.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: