01.06.2025

Tbilisidə minlərlə fəal parlamenti mühasirəyə alıb, hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir

Tbilisi və Gürcüstanın bir neçə şəhərində etirazlar noyabrın 14-dən, parlament seçki qanunvericiliyi və konstitusiya islahatlarına dair qanun layihəsini dəstəkləməyəndən sonra başlayıb.

Baxmayaraq ki, 2019-cu ilin iyununda baş verən etirazlar məhz “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili müxalifətin tələbləri ilə razılaşandan və majoritar sistemdən imtina edərək, parlamentə sıfır seçici baryeri ilə proporsional (partiyalı) sistemin qəbul ediləcəyinə şəxsən söz vermişdi.

Növbəti parlament seçkiləri 2020-ci ilə planlaşdırılıb.

Seçki islahatları layihəsinin qəbulu üçün 150 deputatdan 113-nün səsinə ehtiyac var idi. Amma noyabrın 14-də dəyişiklikləri cəmi 101 deputat dəstəkləyib.

Səsvermə zamanı əsasən “Gürcü arzusundan” olan majoritar deputatlar bitərəf qalıb.

Elə həmin gün müxalifət və vətəndaş cəmiyyəti fəallarımüddətsiz etirazların başlandığını elan edib, Rustaveli prospektində çadır düşərgəsi salıblar və tələblər təmin olunmayana qədər də oranı tərk etməyəcəklərini bildiriblər.

Noyabrın 17-də birləşmiş müxalifət yeni itaətsizlik aksiyasını elan edib və parlament qarşısında piket keçirməyə çağırıb.

Müxalif “Avropa Gürcüstanı” partiyasının liderləri Gürcüstan parlamentinin qapılarına qıfıl asıblar.

Minlərlə fəal tələbləri təmin edilənə qədər deputatları parlamentə buraxmamaq niyyəti ilə bina qarşısında və binanın perimetri üzrə səfərbər olub.

Bu, ölü binadır”, – Tbilisinin keçmiş meri Qiqi Uqulava Gürcüstan DİN-in əməkdaşlarına müraciət edərək deyib.

Keçmiş iqtidar partiyası olan “Vahid Milli Hərəkatın” lideri Qriqol Vaşadze birləşmiş 20 siyasi qüvvənin tələblərini aşağıdakı maddələr üzrə formalaşdırıb:

• “Kriminal hökumətin” istefası;

• Proporsionla sistem üzrə növbədənkənar seçkilərin keçirilməsi;

• Siyasi məhbusların, 20-21 iyun “Qavrilov gecəsindən” sonra saxlanıların azad edilməsi;

• Mərkəzi Seçki Komissiyasının komplektasiyasının yeni qaydaları;

• Həkim Vaja Qaprindaşvilinin Sxinvali həbsxanasından azad edilməsi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: