Yardımlının ilk şəhidinin Anım Günü qeyd edildi
24.06.2026- ci il tarixdə Yardımlı şəhərində Yardımlının ilk şəhidi polis serjantı Məharət Mirzəyevin anım günü qeyd edildi.(Onuda qeyid edimki M.Mirzəyev 1- birici Qarabağ müharibəsi şəhididir könüllü gedib döyüşə. Mənimlə iş yoldaşı olub.Cox dəyərli və qorxmaz bir insan idi. )Tədbirdə, şəhid yaxınları, şəhid sevərlər, rayon İcra Hakimiyyətinin — nin nümayandələri, rayon ziyalıları, Yardımlı rayon polis şöbəsinin rəisi və şöbəsinin əməkdaşları, rayon hərbi Komissarlığının əməkdaşları,AVMVİB-NİN-YARDIMLI rayon ictimai birliyinin əməkdaşları və ictimai birliyin sədri, M.Əliyev iştirak etdilər. Şəhidin keçdiyi həyat yolundan və qəhrəmanlığı barədə çıxışlar oldu.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.
AVMVİB-NİN-YARDIMLI rayon ictimai birliyinin sədri