Şəhid Çingiz Kərim oğlu Bağırovun anım mərasimi keçirildi
12 iyun 2026-cı il tarixində Vətəni uğrunda canından keçən qəhrəman tabor komandiri, əziz silahdaşımız şəhid Çingiz Kərim oğlu Bağırovun anım mərasimi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə rayon və kənd rəhbərliyinin nümayəndələri, məktəblilər, müharibə veteranları və kənd ictimaiyyətinin fəalları iştirak ediblər. Anım mərasimində şəhidin ruhuna dualar oxunub, onun şərəfli döyüş yolu və qəhrəmanlığı ilə bağlı xatirələr bölüşülüb. Çıxışlarda Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Tədbirin yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
AVMVİB-in Mətbuat xidməti

.jpg)
.jpg)