Şəhid Rəşad Babayevin məzarı ziyarət olunub
İyulun 4-də Maştağa qəsəbəsində şəhid Babayev Rəşad Ağabəy oğlunun əziz xatirəsi yad edilib. Bu münasibətlə Maştağa Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Anım mərasimində Maştağa qəsəbəsi üzrə icra nümayəndəsi Eldar müəllim, onun müavini Emin müəllim, bələdiyyə sədri Anar müəllim və müavinləri, qəsəbə ictimaiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar müəllim, AVMVİB-in Maştağa özəyinin sədri və üzvləri, eləcə də müharibə veteranları iştirak ediblər. Çıxışlarda şəhidlərimizin Vətən qarşısındakı xidmətlərindən bəhs olunub, onların qəhrəmanlığının xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb.
AVMVİB-in Mətbuat xidməti
.jpg)
.jpg)
.jpg)