27.04.2026

Prezidentimiz “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi cənab prezident İlham Əliyevi bu nüfuzlu beynəlxalq mükafata layiq görülməsi münasibətilə təbrik edir.

AVMVİB hesab edir ki, bu ali mükafat Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionda sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və prinsipial siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz göstəricisidir.

Birlik olaraq bəyan edirik ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) hər zaman Ali Baş Komandanımızın əsgərləri kimi onun ətrafında sıx birləşərək dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və milli maraqlarımızın qorunması yolunda üzərinə düşən vəzifələri yerinə yetirmiş və bu gün də eyni əzmlə davam etdirməkdədir, bundan sonra da bu şərəfli missiyanı dövlət başçımızın rəhbərliyi altında davam etdirəcəkdir.

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: