27.04.2026

Şəhid Əliyev Əmrullah Vahid oğlunun anım günü keçirilib

Şəhid Əliyev Əmrullah Vahid oğlunun anım günü münasibətilə xatirə tədbiri təşkil olunub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayon şöbəsinin təşəbbüsü və AVMVİB-in Maştağa özəyinin iştirakı ilə keçirilən tədbir çərçivəsində şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Tədbir iştirakçıları şəhidin ailəsini ziyarət edərək onların qayğıları ilə maraqlanıb, mənəvi dəstək ifadə ediblər. Çıxışlar zamanı bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi hər zaman uca tutulur və onların ailələri daim diqqət və qayğı ilə əhatə olunmalıdır.

Qeyd olunub ki, belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, şəhidlərimizin keçdiyi şərəfli yolun unudulmamasına xidmət edir

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-04-26-at-22-37-12
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: