Milli Qəhrəman Albert Aqaronovun anım günü qeyd edilib
2026-cı il 25 aprel tarixində Milli Qəhrəman, tank komandiri Albert Aqaronovun anım günü ilə əlaqədar Veteran Tankçılar İctimai Birliyinin təşəbbüsü ilə silsilə tədbirlər keçirilmişdir.
Anım mərasimi saat 11:00-da I Şəhidlər Xiyabanında başlayıb, qəhrəmanın və Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsi ehtiramla yad olunmuş, məzarları üzərinə gül dəstələri düzülmüşdür. Daha sonra tədbir saat 12:30-da Albert Aqaronovun heykəli qarşısında davam etdirilmiş, iştirakçılar tərəfindən onun döyüş yolu, qəhrəmanlığı və Vətənə xidmətləri xüsusi vurğulanmışdır.
Tədbirdə AVMVİB-in Maştağa özəyinin sədri və üzvləri də iştirak etmiş, qəhrəmanın xatirəsinin daim uca tutulduğunu qeyd etmişlər. Anım mərasimi vətənpərvərlik ruhunda keçmiş, gənc nəslə qəhrəmanlıq nümunələrinin aşılanması baxımından mühüm əhəmiyyət daşımışdır.