21.01.2026

Mingəçevirdə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir şəhər şöbəsində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir çərçivəsində Mingəçevirdə yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Tədbirdə iştirak edənlər 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsində mühüm yer tutduğunu vurğulayıblar.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: