03.09.2025

Kəlbəcərin Aşağı Ayrım kəndində şəhidlər bulağının açılışı oldu

30 avqust 2025-ci ildə Kəlbəcərin Aşağı Ayrım kəndində şəhidlər abidəsinin və bulağının açılışı keçirildi.

Tədbirdə şəhid ailələri, müharibə veteranları və kənd sakinləri iştirak edərək Vətən uğrunda canından keçən igidlərin əziz xatirəsini yad etdilər. İştirakçılar şəhidlərin həyat yolundan, qəhrəmanlıqlarından danışaraq onların hər zaman xalqımızın qəlbində yaşayacağını vurğuladılar.

Açılış mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Kəlbəcər rayon şöbəsinin nümayəndələri də iştirak edərək abidənin və bulağın xalqımız üçün müqəddəs yaddaş məkanı olduğunu qeyd etdilər.

AVMVİB-in Mətbuat xdiməti

[url=https://postimg.cc/w7x1N1qs][img]https://i.postimg.cc/w7x1N1qs/Whats-App-Image-2025-08-31-at-16-05-03.jpg[/img][/url] [url=https://postimg.cc/BXhXBJb7][img]https://i.postimg.cc/BXhXBJb7/Whats-App-Image-2025-08-31-at-16-05-03-1.jpg[/img][/url] [url=https://postimg.cc/jDLC8BJx][img]https://i.postimg.cc/jDLC8BJx/Whats-App-Image-2025-08-31-at-16-05-03-2.jpg[/img][/url]
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: