04.09.2025

Maştağada şəhidlərimiz ziyarət edildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvləri olan Oktay Əliyev və onun köməkçisi Xaliq Balayevin təşkilatçılığı ilə Maştağa qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında şəhidlərimiz Nurməmmədov Nizami Nadir oğlu və Əliyarov Namiq Rza oğlunun mövludu münasibətilə, həmçinin şəhid Nurməmmədov Cavid Nadir oğlunun da məzarı ziyarət olunub. Qeyd edək ki, Cavid şəhid Nizami Nurməmmədovun qardaşıdır.

Ziyarətdə şəhidlərin övladları, yaxın qohumları, kənd sakinləri, Maştağa tarixçisi Ağamədi Hadiyev, eləcə də AVMVİB Sabunçu rayon Maştağa qəsəbəsi üzrə veteranları iştirak ediblər.

Tədbirdə çıxış edən özəyin sədri Mustafayev Mustafa AVMVİB sədri Füzuli Rzaquluyevin, AVMVİB sədrinin Birinci müavini Vahid Abdürəhmanovun və AVMVİB Sabunçu rayon şöbəsinin sədri Musayev Ramizin adından şəhid ailələrinə başsağlığı vermişdir. Çıxışlarda şəhidlərimizin Vətən uğrunda göstərdikləri igidlik və qəhrəmanlıqlar, xalqımızın azadlığı və müstəqilliyi üçün verdikləri böyük fədakarlıqlar vurğulanıb.

Qazimiz Kərbəlayi Ağahüseyn Qurani-Kərimdən ayələr oxuyaraq şəhidlərin ruhuna dualar edib.

Sonda iştirakçılar bir daha şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, onların qanı bahasına azad və güclü bir Azərbaycanda yaşamağın qürurunu və minnətdarlığını ifadə ediblər.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-08-29-at-13-33-01

Whats-App-Image-2025-08-29-at-13-33-01-1

Whats-App-Image-2025-08-29-at-13-33-01-2

Whats-App-Image-2025-08-29-at-13-33-02

Whats-App-Image-2025-08-29-at-13-33-03

Whats-App-Image-2025-08-29-at-13-33-03-1

Whats-App-Image-2025-08-29-at-13-33-03-2

Whats-App-Image-2025-08-29-at-13-33-04-1

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: