Beyləqanda şəhid Tağıyev Əlzamin Eyvaz oğlunun anım günü keçirildi

10 avqust 2025-ci il tarixində Beyləqan rayonunda Vətən uğrunda canını fəda etmiş şəhid Tağıyev Əlzamin Eyvaz oğlunun anım günü tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədr müavini Akif Həsənov, AVMVİB Beyləqan rayon şöbəsinin Təftiş Komissiyasının sədri Kamil Temurov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov, icra hakimiyyətinin digər nümayəndələri, müharibə veteranları, qazilər və şəhid ailələri iştirak etmişlər.
Çıxış edən AVMVİB sədr müavini Akif Həsənov, təşkilat sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş, hər zaman şəhid ailələrinin yanında olduqlarını və onlara mənəvi dəstək göstərməyin təşkilatın mənəvi borcu olduğunu vurğulamışdır.
AVMVİB Qarabağ Bölgə müxbiri Elçin Qədirov





