23.01.2025

AVMVİB sədri Türkiyədə yanğın nəticəsində həyatlarını itirənlərin ailəsinə başsağlığı ünvanlayıb

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev ötən gün Türkiyənin Bolu vilayətində yerləşən xizəkçilik kurortundakı “Kartalkaya” otelində baş verən yanğın nəticəsində həyatlarını itirən günahsız insanların ailələrinə dərin hüznlə başsağlığı ünvanlayıb. Başsağlığı mətnində deyilir:

«Qardaş Türkiyənin Bolu vilayətində baş verən faciə ilə əlaqədar dərin kədər hissi keçiririk. Həyatlarını itirən insanların ailələrinə və yaxınlarına səbr, yaralananlara isə tezliklə sağalmalarını arzulayırıq. Bu hadisənin acısı bizə bir daha xatırladır ki, Türkiyə və Azərbaycan yalnız coğrafi yaxınlıqla deyil, həm də qəlbən bir-birinə bağlı olan iki qardaş ölkədir. Biz Ulu Öndər Heydər Əliyevin dediyi kimi, ‘Bir millət, iki dövlət’ olaraq bir-birimizin sevincini də, kədərini də bölüşürük. Türkiyə və Azərbaycan arasında əbədi dostluq və qardaşlıq münasibətləri əsrlərin sınağından keçmişdir. Tarix boyu xalqımızın taleyi və mübarizəsi ortaq olub, hər iki ölkə ağır günlərdə bir-birinə dəstək olmaqla bu qardaşlıq əlaqələrinin əzəmətini bir daha nümayiş etdirmişdir. Türkiyə və Azərbaycan xalqlarının bir-birini dəstəkləməsi birlik və həmrəyliyimizin ən güclü təzahürlərindən biridir.

Allah rəhmət etsin!»

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: