14.12.2024

İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

          AVMVİB Neftçal Şöbəsi İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısını təqdim edir.

                              Müharibənin 20 — ci günü

          Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran az” qəzetinin Şirvan-Salyan regional muxbiri.

*************************

             Məhəmməd Zeynalov 1997-ci il fevralın 23-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub.

             Azərbaycan Ordusunun leytenantı olan Məhəmməd Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Zeynalov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunun Bankə qəsəbəsində dəfn olunub.

****

          Vasif Mehbalıyev 1994-ci il martın 26-da Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. Əslən Lerik rayonunun Livədirqə kəndindəndir.

           Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Vasif Mehbalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Vasif Mehbalıyev oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub.   

****

         Səfəralı Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 16 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirir və hərbi xidmətə çağırılır. 1983-cü ildə ordudan tərxis edilir. Krasnodar şəhərinə gələrək milis sisteminə daxil olur. 1990-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilir. Buranı leytenant rütbəsi ilə bitirən Səfəralı Qarabağa getmək istədiyini bildirir, ona Bakıda hava limanında iş təklif edilsə də, o, inadından dönmür. Subay idi.   

****

             Anar Mehman oğlu Şükürov (20 yanvar 1977, Sumqayıt – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, «Həmlə» Taborunun Komandiri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 

****

              Orxan Rövşən oğlu Cabbarov (16 oktyabr 1995, Tovuz – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.     

*****

               Davud Abasov 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Sabirabad kəndində Yalçın və Vəsilə Abasovların ailəsində anadan olub. 2007-2018-ci illərdə E. Yusubov adına Uzuntəpə kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Davud Abasov 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə «kiçik gizir» hərbi rütbəsində xidmət edirdi.

               Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Davud Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Davud Abasov oktyabrın 16-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn olunub.

*****

              Hasil Abdullayev 1985-ci il mayın 21-də Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.

              Azərbaycan Ordusunun giziri olan Hasil Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hasil Abdullayev oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunun Dünyamalılar kəndində dəfn olunub.   

****

             Kənan Abdullayev 1990-cı il dekabrın 3-də Mingəçevir şəhərində anadan olub.  Mingəçevir şəhər 16 nömrəli orta məktəbdə təhsil alıb. 2011-2015-ci illərdə Mingəçevir Dövlət Universitetində (MDU) ali təhsil alıb.

Kənan Abdullayev 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında «leytenant» rütbəsi ilə xidmət edib.

          Kənan Abdullayev 2020-ci il sentyabrın 30-da Hərbi Komisarlığı tərəfindən yenidən hərbi xidmətə çağırılıb.

            Azərbaycan Ordusunun baş leytenantı olan Kənan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Abdullayev oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub.   

****

                 Məhəmməd Abdullayev Ramazan oğlu 1992-ci il mayın 3-də Balakən rayonunun Talalar kəndində anadan olub. 1998-2009-cu illərdə 2 saylı Talalar kənd tam orta məktəbində təhsil alıb.

           Məhəmməd Abdullayev 2010-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

         Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Məhəmməd Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edib.

             Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məhəmməd Abdullayev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

*****

           İlkin Saməddin oğlu Ağaquliyev 4 oktyabr, 2000-ci ildə Dəvəçi şəhərində doğulub. Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbində alıb. 2017-ci ildə Şabran şəhər 1 saylı tam orta məktəbi bitirib və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olub.

        Orta məktəbdə oxuduğu dövrdə isə Şabran musiqi məktəbinin 5 illik Qarmon ixtisası üzrə təhsil alıb. Həmin dövrlərdə Cüdo idman növü ilə də məşğul olub və rayon və zona yarışlarında fərqlənib.

        İlkin Ağaquliyev 2018-ci il, oktyabrın 8-də hərbi xidmətə yollanıb. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vuraraq Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin canlı qüvvəsinin hücumunun qarşısını alıb və xeyli sayda hərbi qulluqçusunu məhv edib. Suqovuşan istiqamətində düşmən mövqeyinə hücum zamanı Şəhid olub.  18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn olunub.

*******

         Ağayev Rəşad 2 iyul 2000-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Evin tək oğlu olan Rəşad, Binəqədi rayon 283 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1-ci və 2-ci kursu 7 nömrəli Peşə liseyində oxuduqdan sonra, 3-cü kursda Step Akademiyasına qəbul olub və Akademiyanı proqramist dizayner kimi bitirib.

         Rəşad Ağayev 4 iyul 2019-ci il tarixində Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsinə müddətli hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində ordu sıralarına qatılmışdır. 

           O, sentyabrın 29-da Talışkənd istiqamətində yaralanıb və müalicə alaraq yenidən döyüşlərə qatılıb. 16 oktyabrda isə, Tərtər rayonunun Suqovuşan kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bakı şəhəri Biləcəri  Şəhidlər xiyabanında dəfn edilmişdir      

******

            Əfqan Hüseyn oğlu Axundov 16 fevral 2000-ci ildə Salyan şəhərində anadan olub.

          Ailədə bir qardaş, bir bacı olublar. Əfqan 2015-ci ildə Salyan şəhər 1 saylı humanitar məktəbin 9-cu sinfini bitirərək, Dənizçilik Kollecinə daxil olub.

             Əfqan 2019-cu ildə Dənizçilik Kollecini bitirərək hərbi xidmətə yollanıb. Tərtərdə qulluq edib.

             Əsgər Əfqan Axundov oktyabr ayının 16-da şəhid olsa da uğrunda canından keçdiyi torpağa oktybar ayının 29-da tapşırılıb. Şəhid olmuş komandirin və əsgərinin nəşini düşmənin atəşi altında olan mövqedən bir müddət çıxarmaq mümkün olmayıb.   

****

           Orxan Cabbarov 1995-ci il noyabrın 20-də Tovuz şəhərində anadan olub. Ailəli idi. Ayxan adında bir oğlu yadigar qaldı.

Orxan Cabbarov 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində Talış istiqamətində savaşıb.

            Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olan Orxan Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Cabbarov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Tovuz şəhərində dəfn olunub.     

 ******

                İlkin Fərəcov 1992-ci il aprelin 13-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub.

        Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Fərəcov oktyabrın 16-da Füzuli döyüşləri zamanı Kürdlər kəndi istiqamətində şəhid olub. Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn olunub.

****

            Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Tərlan Gülüşovdur.

         Baş Leytenant Tərlan Salman oğlu Gülüşov 16 oktyabr, 1994-cü ildə Salyan rayonunun Xalac kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Tərlan Gülüşov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

            Azərbaycan Ordusunun baş leytenantı olan Tərlan Gülüşov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Gülüşov oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olub. Salyan rayonunun Xələc kəndində dəfn olunub.    

*****

              Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi Ramid Nəriman oğlu Hacıyev 1987-ci il fevralın 11-də Cəbrayıl rayonunun Mirək kəndində anadan olub.

Ramid 1994-cü ildə Xətai rayon 48 saylı tam orta məktəbin 8-ci sinfini başa vurduqdan sonra C.Naxçıvanski adına hərbi məktəbə daxil olub, həmin məktəbi müvəffəqiyyətlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Ramid Hacıyev ali hərbi məktəbi bitirdikdən sonra müxtəlif hərbi hissələrdə xidmət göstərib, Tabor komandiri olub. 2010-cu ildə leytenant, 2012-ci ildə baş leytenant, 2016-cı ildə kapitan, 2020-ci ildə mayor rütbəsi alıb. Üç hərbi medal, çoxlu sayda fəxri fərmanla təltif olunub.

            Azərbaycan Ordusunun mayoru olan Ramid Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində  18 oktyabr 2020-ci il tarixdə Talış kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə ucalmışdır. II Fəxri Xiyabanda dəfn olunub.      

*****

             İsrafil İbrahimov 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonundan idi. Onun əmisi — xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimovdur.

           Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.   

******

           Səyavuş Hümbət oğlu Kəlbalıyev 1987-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbində almışdır. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə təhsilini davam etdirmişdir. Ailəli idi. 2 övladı yadigar qaldı.

        2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Başlayan döyüşlər zamanı Səyavuş Kəlbalıyev kəşfiyyat rəisi olaraq Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 29 sentyabr 2020-ci ildə Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.  

******

           Babək Ramaldanov 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub. Əslən Qusar rayonundan idi. Milliyyətcə ləzgi idi. 1989-1997-ci illərdə Xətai rayonunda 59 nömrəli tam orta məktəbdə, 1997-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, 2017-2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi təhsil alıb. Ailəli idi. Ramaldan və Süleyman adında 2 oğlu yadigar qaldı. Onun dayısı — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Qarabağ müharibəsinin qazisi Şair Ramaldanovdur.

            Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Babək Ramaldanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Ramaldanov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.  

*******

              Qəhrəman Rzayev 16 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə Məmmədyar Fərzəliyev adına Beyləqan rayon Kəbirli kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. Renat adlı oğlu yadigar qaldı.

        Qəhrəman Rzayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən «N» saylı hərbi hissədə xidmət etmişdir.

         Azərbaycan Ordusunun əsgəri olan Qəhrəman Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və      Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qəhrəman Rzayev 7 noyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində qarşı tərəfin atdığı minaatan mərmisi nəticəsində şəhid olmuşdur. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunmuşdur.  

*****

            Şirinli Nurlan Qədi oğlu   Şəhidliyə yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır.

         Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin harayına səs verdi — ölümün gözünə dik baxdılar! Belə şərəfli ömür sahiblərindən biri də Nurlan Şirinlidir. Nurlan 1996-cı ilin oktyabr ayının 16-da Tərtər rayonunun Sarov kəndində anadan olub.

        Müharibə zamanı mexanik sürücü kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. Hamı igid əsgəri hər an sinəsini Vətəni üçün sipər etməyi bacaran əsl qəhrəman bilirdi. İgid hərbçi oktyabrın 7-də Talış Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.    

*****

           Mirrahil Teymurlu 1991-ci il oktyabrın 16-da Füzuli rayonunun Birinci Mahmudlu kəndində anadan olub. 1998-ci ildə Mahmudlu kənd tam orta məktəbinə daxil olmuşdur.

         Mirrahil Teymurlu 2010-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-cu ildə xidmətini uğurla başa vurmuşdur. 2013-cü ildə Azərbaycan Respublikası    Ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentlik təşkilatının minaaxtarma vəzifəsində işə başlamışdır. 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi tank bölüyünün baş mexanik sürücüsü kimi xidmət etməyə başlamışdır.

          Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan tankçı Mirrahil Teymurlu  2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Füzuli döyüşlərində Mirrahil Teymurlu qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Füzuli rayonu Mahmudlu  kənd qəbristanlığında dəfn olunmuşdur.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: